İlham Əliyev MDB-nin ölkə başçılarının sammitində iştirak edəcək

İlham Əliyev MDB-nin ölkə başçılarının sammitində iştirak edəcək

Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələrinin dövlət başçılarının bu gün Bişkekdə keçiriləcək iclasında iştirak edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyinin İnteqrasiya Birlikləri Departamentinin direktoru Bolotbek Mukaşyev məlumat verib.

“Əksər prezidentlərin iştirakı gözlənilir. Biz Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus və Ermənistan prezidentlərindən rəsmi təsdiq almışıq”, - deyə xarici siyasət idarəsinin nümayəndəsi bildirib.

N.O.

0
6