Neftin qiyməti yenidən ucuzlaşır

Neftin qiyməti yenidən ucuzlaşır

Dünya bazarlarında neftin qiyməti ucuzlaşır.

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,69% azalaraq bir barelə görə 46,27 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 0,68% ucuzlaşaraq 43,61 dollara satılıb.

Ülviyyə R. Əli

0
13