Bakıda qadını şantaj edib pul istədilər

Bakıda qadını şantaj edib pul istədilər

Rüstəmov əvvəllər məhkum olub.

Bakıda qadını şantaj etməklə ondan pul alan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə aprelin 16-da baş verib.

Bakı şəhər sakini Ü.M (qadın) Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək həmin gün Lökbatan qəsəbəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Rüstəmovun onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 150 manat pulunu almasını bildirib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Rüstəmov tutulub.

0
16