53 kilo arıqlamışdı - yenə kökəlir

53 kilo arıqlamışdı - yenə kökəlir

Aktyor Ümit Erdim son 2 ildə 122 kilodan 69 kiloya qədər arıqlamışdı.

Axşam.az “Sabah”a istinadən xəbər verir ki, 31 yaşlı aktyor bu yay yenidən rejimi pozub və kökəlməyə başlayıb.

Bodrumda görüntülənən aktyorun son halı onu sevənləri üzüb. Sosial media istifadəçiləri onun yeni görüntüsünü “Köynək çıxdı, qarın göründü” kimi şərh ediblər.

Qeyd edək ki, Ü.Erdim “Selena”, “Doksanlar”, “Benzemez Kimse Sana” seriallarında rol alıb.

0
16