Sadıqov Sadiqova çatdı

Sadıqov Sadiqova çatdı

 Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, buna “Qarabağ”ın kapitanı Rəşad Sadıqov səbəb olub.

O, Avropa Liqasının qrup mərhələsinin I turunun “Slovan”la (Çexiya) ev oyununda komandasının məğlubiyyətdən xilas edən bərabərlik qolunu vurub – 2:2. Bu top 34 yaşlı müdafiəçinin avrokuboklarda 7-ci qolu olub.

Bununla da Rəşad bombardirlərimiz siyahısında 2-cu yerə şərik olub. O, 7 qol vuran Rəşad Sadiqovla Riçard Almeydaya çatıb.

2-4-cü yerləri bölən bu oyunçular yalnız Reynaldodan geri qalır. Braziliyalının hesabında 10 qol var.

0
22