“Qəbələ” məğlubiyyətlə başladı

“Qəbələ” məğlubiyyətlə başladı

Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Qəbələ” də mötəbər turnirdə ilk matçına çıxıb.

Romaq Qriqorçukun yetirmələri ilk matçını səfərdə keçirib. “Qırmızı-qaralar” “Anderlext”ə qonaq olublar. Ardıcıl 2-ci dəfə qrupda mübarizə aparan “qırmızı-qaralar” səfərə xal iddiası ilə yollansalar da, buna nail ola bilməyiblər.

Hesab 14-cü dəqiqədə açılıb. Teodorşuk fərqlənib. Qoldan sonra irəli atılan komandamız hesabı bərabərləşdirmək üçün ilk cəhdindəcə buna nail olub. Baqali Dabo 20-ci dəqiqədə status-kvonu bərpa edib.

Ancaq ilk hissənin sonuna 4 dəqiqə qalmış rəqib yenidən önə keçib. Rafael Santos avtoqol müəllifi olub. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə daha bir dəfə fərqlənən ev sahibləri 3:1 hesablı qələbəyə seviniblər.

Avropa Liqası

Qrup mərhələsi. I tur

15 sentyabr

“Anderlext” – “Qəbələ” - 3:1

Qollar: Teodorşuk, 14, Rafael Santos (öz qapısına), 41, Kapel, 77 - Dabo, 20

Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger

Əlavə köməkçi hakimlər: Markus Hameter, Aleksander Harkam

Hakim-İnspektor: Lusiano Luçi (İtaliya)

UEFA nümayəndəsi:  Emil Ubias (Çexiya)

"Konstant Vanden Stok" stadionu

0
26