Qurban Qurbanov: Futbolçulardan razı qaldım

Qurban Qurbanov: Futbolçulardan razı qaldım

“İlk oyun ağır olur. Hər bir komanda yaxşı start götürmək istəyir. Futbolçulardan razı qaldım. Çox yaxşı başlanğıc oldu”.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya klubu ilə qarşılaşmadan sonrakı mətbuat konfransında deyib.

Daha sonra 44 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

“Bu cür turnirlərdə son saniyələrə kimi oynamaq çox vacibdi. Ola bilər ki, son tura kimi 2 komanda müəyyənləşməsin. Bizim üçün böyük təcrübə oldu. Bir neçə qol imkanlarımız oldu. Hesabda önə keçməli olduğumuz halda, ikinci qolu buraxdıq.

Bu, futbolçularımıza pis təsir etdi. Allaha şükürlər olsun ki, sonluq yaxşı oldu. Avroliqada hər xal çox önəmlidi. Azarkeşlərə də minnətdaram, sona qədər bizimlə oldular. Bu cür turnirdə zəif oyun, asan komanda yoxdu. Futbolçular belə görüşlərdə daha da bərkiyirlər, Qarşıdakı oyunlara hazırlaşacağıq. Çəkinmirik, qorxmuruq.

Hakimin qüsurları çox idi. Azərbaycan futbolunun problemləri, qüsurları var. Bu cür matçların ilboyu keçirilməsi bizə mane olur. Buna baxmayaraq, Avrokubokda məğlub olduğumuz görüşlərdə də sona qədər mübarizə aparırıq. Bizim hələ pik vaxtımız deyil. Bacarığımıza görə, daha da artıra bilərik. Hər futbolçu 10 faiz də artırsa, daha yaxşı komanda görəcəksiz. Qol epizodlarına baxsanız, bu gün biz qalib gəlməli idik”.

E.Ə.

0
12