Robert Sekuta: Azərbaycanlılar Konstitusiya ilə bağlı özləri qərar verməlidirlər

Robert Sekuta: Azərbaycanlılar Konstitusiya ilə bağlı özləri qərar verməlidirlər

“Bildiyiniz kimi Konstitusiya hər ölkənin ən əsas sənədidir və ona dəyişikliklər çox ciddi məsələdir”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O qeyd edib ki, bununla bağlı azərbaycanlılar özləri qərar verməlidirlər. Səfir vurğulayıb ki, referendum üçün açıq sərbəst və məlumatlı şərait yaradılmalıdır:

“ABŞ da seçkilər ərəfəsindədir. Mətbuata müxtəlif məlumatlar əks olunur. Demokrat quruluşin əsas göstərici odur ki, müxtəlif fikirlərin olduğu debatlar təşkil olunsun”.

E.Ə.

0
12