Gələn ilin büdcə layihəsi: Neft 40 dollardan götürüləcək

Gələn ilin büdcə layihəsi: Neft 40 dollardan götürüləcək

2017-ci ilin və növbəti üç il üçün Azərbaycan dövlət büdcəsinin proqnozları və sosial-iqtisadi inkişaf konsepsiyası layihəsi Nazirlər Kabinetinə təqdim olunub.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabinetindən deyiblər.

Mənbə bildirib ki, büdcə proqnozları formalaşdırılan zaman 1 barel neftin orta illik qiyməti - 40 dollar əsas götürülüb.

Bununla yanaşı, 1 barel neftin 35 və 45 dollar qiyməti nəzərə alınmaqla gələn il üçün dövlət büdcəsi proqnozlarının daha iki ssenarisi hazırlanıb.

E.Ə.

0
11