Azərbaycanlı modelyer Antonio Banderasla “Çılpaq qəlblər” tədbirində – FOTO

Azərbaycanlı modelyer Antonio Banderasla “Çılpaq qəlblər” tədbirində – FOTO

Rusiyanın paytaxtı Moskvada supermodel, aktrisa Nataliya Vodyanovanın “Çılpaq qəlblər” adlı xeyriyyə tədbiri təşkil olunub.

Oxu.Az spletnik.ru-ya istinadən xəbər verir ki, gecənin xüsusi qonağı Hollivud ulduzu Antonio Banderas olub. Tədbirdə həmçinin xeyli tanınmış simalar iştirak edib. Onlar arasında Renata Litvinova, Yana Rudkovskaya, Maksim Vitorqan, Yekaterina Muxina və digərləri yer alıb.

Rusiyada yaşayan azərbaycanlı modelyer Aysel Trudel də gecəyə dəvət olunan qonaqlar arasında iştirak edib. Aysel Trudel (Hüseynova) Moskvanın ən bahalı butiklərindən olan “Soho”, “Aizel’s Secret” və “Agent Provocateur” dükanlarının sahibidir. 37 yaşlı azərbaycanlı iş adamı Ayselin həyat yoldaşı isə kanadalı memar Lui Trudeldir. Cütlüyün bir qızı və bir oğlu var.

Aytən Sadıqzadə

0
35