Əhali ərzağa 9,3 milyard manat xərcləyib

Əhali ərzağa 9,3 milyard manat xərcləyib

2016-cı ilin yanvar-avqust aylarında istehlakçılara 18 milyard 463,7 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,2% çox məhsul satılıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,2%, qeyri-ərzaq məhsulları üzrə isə 0,8% artıb. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,7%-i və 9 milyard 287 milyon 241,1 min manat ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,5%-i və ya 3 milyard 231,1 milyon manat toxuculuq məhsulları, geyim və ayaqqabılara sərf edilib.

Bundan başqa, 6,6%-i və ya 1 milyard 218,6 milyon manat elektrik malları və mebelin, 5,7%-i və ya 1 milyard 52,4 milyon manat avtomobil yanacağının, 1,5%-i və ya 276,95 milyon manat əczaçılıq və tibbi malların, 0,8%-i və ya 147,7 milyon manat kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2%-i və ya 3 milyard 360,4 milyon manat isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Ülviyyə R. Əli

0
17