Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Rusiya məmurları və şirkətlərinə dair tətbiq edilən sanksiyaların müddətinin uzadıldığını elan edib. Sanksiyalar Aİ-yə girişi və aktivlərin dondurulmasını nəzərdə tutur.

Oxu.Az RBK telekanalına istinadən xəbər verir ki, Avropa İttifaqı Şurası Ukraynda baş verən hadisələr ilə 2014-cü ildən etibarən Rusiya məmurları və şirkətlərinə tətbiq edilən sanksiyaların müddətini 6 ay, 2017-ci ilin mart ayına qədər artırıb.

Məlumatda müvafiq qərar Aİ-nin rəsmi jurnalında sentyabrın 16-da dərc ediləcəyi bildirilib.

“Vəziyyətin qiymətləndirilməsi sanksiyalar rejiminin və məhdudiyyət tədbirlərinin tətbiq edildiyi şəxslərin və təşkilatların siyahısının dəyişdirilməsi üçün əsas vermir”, - məlumatda deyilir.

Aİ-nin sanksiyaları 146 nəfərə və 37 şəxsə qarşı tətbiq edilir. Sanksiyalar Aİ-yə girişi və aktivlərin dondurulmasını nəzərdə tutur.

Sanksiyalar ilk dəfə 2014-cü ilin martında tətbiq edilib. Son dəfə Aİ sanksiyaların müddətini 2016-cı ilin martında artırıb.

0
12