Ermənistana yeni baş prokuror təyin edilib

Ermənistana yeni baş prokuror təyin edilib

Ermənistanın Baş prokuroru vəzifəsinin səlahiyyətlərini kimin icra edəcəyi artıq bəlli olub.

Lent.az-ın armeniasputnik.am-a istinadən məlumatına görə, Ermənistan parlamentinin səs çoxluğu ilə  bu vəzifəyə Artur Davtyan təyin edilib.

Ermənistanın 103 parlamentarilərindən 3-nün səsi saxta qəbul edilib, 3-ü Artur Davtyanın əleyhinə, 97 nəfər isə lehinə səs verib.

Qeyd edək ki, 37 yaşlı yeni Baş Prokuror Yerevanda hüquq fakültəsini bitirib.

Xatırladaq ki, keçmiş prokuror Gevork Kostanyan istefa verdikdən sonra bu vəzifə avqustun 4-dən boş qalmışdı.

0
7