Avroliqa matçlarını hansı telekanallar nümayiş etdirəcək?

Avroliqa matçlarını hansı telekanallar nümayiş etdirəcək?

Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, Ağdamın “Qarabağ” klubu “Dalğa Arena”da Çexiyanın “Slovan” klubunu qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq

Digər təmsilçimiz “Qəbələ” komandası isə səfərdə Belçikanın “Anderlext” klubuna qonaq olacaqlar. Brüsselin “Konstant Vanden Stok” stadionunda keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Bu matçı isə AZTV telekanalı vasitəsilə canlı yayımlayacaq.

Avropa Liqasının qrup mərhələsində bu gün keçiriləcək oyunları həmçinin Türkiyə və Rusiya telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq.

Türkiyə telekanalları

TRT 1: “Feyenoord” (Hoolandiya) - “Mançester Yunayted” (İngiltərə) - 21:00

Tivispor 2: “Zarya” (Ukrayna) - “Fənərbaxça” (Türkiyə) - 21:00

Tivispor 2: “Osmanlıspor” (Türkiyə) - “Styaua” (Rumıniya) - 23:05

Tivispor 3: “Qarabağ” (Azərbaycan) - “Slovan” (Çexiya) - 19:00

Tivibuspor 4: “Viktoriya” (Çexiya) - “Roma” (İtaliya) - 21:00

Tivibuspor 4: “Nitsa” (Fransa) - “Şalke” (Almaniya) - 23:05

Rusiya telekanalları

Matç TV: “Makkabi” (İsrail) - “Zenit” (Rusiya) - 21:00

Matç TV: “Zalsburq” (Avstriya) - “Krasnodar” (Rusiya) - 23:05

Futbol 1: “Feyenoord” (Hoolandiya) - “Mançester Yunayted” (İngiltərə) - 21:00

Futbol 1: “Sauthemton” (İngiltərə) - “Sparta” (Çexiya) - 23:05

Futbol 2: “Qarabağ” (Azərbaycan) - “Slovan” (Çexiya) - 19:00

Futbol 2: “Sassuolo” (İtaliya) - “Atletik” (Bilbao, İspaniya) - 21:00

Futbol 2: “Vilyareal” (İspaniya) - “Sürix” (İsveçrə) - 23:05

Futbol 3: “Viktoriya” (Çexiya) - “Roma” (İtaliya) - 21:00

Futbol 3: “Nitsa” (Fransa) - “Şalke” (Almaniya) - 23:05

MATÇ Arena: “Zarya” (Ukrayna) - “Fənərbaxça” (Türkiyə) - 21:00

MATÇ Arena: “İnter” (İtaliya) - “Hapoel” (İsrail) - 23:05

MATÇ İqrı: “Maynz” (Almaniya) - “Sent-Etyen” (Fransa) - 21:00

MATÇ İqrı: “Konyaspor” (Türkiyə) - “Şaxtyor” (Donetsk, Ukrayna) - 23:05

S.B.

0
13