Çempionlar Liqasının finalının keçiriləcəyi yer məlum oldu

Çempionlar Liqasının finalının keçiriləcəyi yer məlum oldu

2017/18-ci il mövsümünün futbol üzrə Çempionlar Liqasının final matçı Kiyevdə keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə bu gün Ukrayna prezidenti Petr Poroşenko “Facebook” səhifəsində yazıb.

“Çempionlar Liqasının finalı 2018-ci ildə Ukraynada baş tutacaq. İndicə UEFA 2018-ci ildə Çempionlar Liqasının final mərhələsinin Kiyevdə keçirilməsinə dair qərar qəbul edib. Bu, bizim hamımız, xüsusilə də ukraynalı azarkeşlər üçün yaxşı xəbərdir. Əminəm ki, bu finalı yüksək səviyyədə keçirəcəyik”, - Poroşenko yazıb.

UEFA öz saytında Çempionlar Liqasının 2017/18-ci il mövsümünün həlledici matçının Kiyevdə keçiriləcəyini təsdiqləyib.

2015-ci ilin aprelində Ukraynanın Futbol Federasiyasının rəhbəri Andrey Pavelko Kiyevin “Olimpiya” milli idman kompleksinin Çempionlar Liqasının 2017/18-ci və ya 2018/19-cu illər mövsümünün finalının keçirilməsinə namizədliyini irəli sürəcək.

Köhnə dünyanın nüfuzlu klub turnirinin hazırkı mövsümünün finalı iyunun 3-də Uelsin paytaxtı Kardiffdə “Millenium” stadionunda keçiriləcək.

S.B.

0
11