Maliyyə Palatasından bir neçə bankın bağlanmasına dair – AÇIQLAMA

Maliyyə Palatasından bir neçə bankın bağlanmasına dair – AÇIQLAMA

“Hesabatda qeyd olunan proseslər artıq başa çatıb”.Beynəlxalq Valyuta Fondunun (BVF) bu məlumatı ilə bizdə tanışıq. Bu hesabat BVF-nin iyun ayında Azərbaycana olan missiyası əsasında hazırlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov bildirib.

R.Abbasov deyib ki, BVF-nin hesabatında qeyd edilən proseslər artıq başa çatıb:

“Bu missiyadan sonra iyul ayının sonunda biz 4 bankın lisenziyasını ləğv etdik və öncədən lisenziyası geri çağrılmış 2 bankın ləğvetməsinə başladıq. BVF-nin hesabatında qeyd olunan proses artıq başa çatıb, hazırda fəaliyyət göstərən bankların heç birinin lisnziyasını geri çağırmağı planlaşdırmırıq və mətbuatda bu mövzuda gedən spekulasiyalar əsassızdır”.

U.A

0
12