Qaradağda gənc oğlan göldə batdı

Qaradağda gənc oğlan göldə batdı

Onun meyiti xilasedicilər tərəfindən çıxarılıb.

Bakıda 22 yaşlı oğlan göldə batıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 16-da Bakı şəhəri, Qaradağ rayonu ərazisində baş verib..

1994-cü il təvəllüdlü Muradov Kənan Cəlal oğlu həmin ərazidə yerləçən göldə batıb. Gölə ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralıda olub. 

Onun cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

0
32