Azərbaycanda daha bir neçə bankın bağlanacağına dair proqnoz

Azərbaycanda daha bir neçə bankın bağlanacağına dair proqnoz

Azərbaycanda bankların bağlanma prosesi davam edəcək. Beynəlxalq Valyuta Fondu (BVF) belə hesab edir.

Oxu.Az “İnterfax”a istinadən xəbər verir ki, BVF-nin Direktorlar Şurası 2016-cı il sentyabrın 9-da Azərbaycanın IV maddə üzrə icmalının nəticələrini təsdiq edib.

“Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bank sektorunun kredit portfelini qiymətləndirib. Diaqnostika stress-testlər və səyyar yoxlamalardan ibarət olub.

Bu qiymətləndirmənin yekunları ilə bağlı hesabatda palata bankları 3 qrupa ayırıb: 1-ci qrupa sistem əhəmiyyətli banklar, 2-ci qrupa bəzilərinin kapital və likvidlik çatışmazlığı ilə üzləşdiyi orta həcmli banklar, 3-cü qrupa MBNP-nin 2016-cı ilin sonunadək bağlamaq niyyətində olduğu kiçik və həyat qabiliyyəti olmayan banklar daxildir”, - deyə hesabatda qeyd olunur.

BVF-nin icmalına əsasən, bank sistemi depozitlərinin 22%-i 3-cü qrupa daxil olan bankların payına düşür.

Qeyd edək ki, yanvar-iyul aylarında respublikada tənzimləyici tərəfindən 10 bankın lisenziyası ləğv edilib. Hazırda Azərbaycanda 34 bank fəaliyyət göstərir.

U.A

0
11