Azərbaycan “Aİ-92” markalı benzinin idxalını dayandırıb

Azərbaycan “Aİ-92” markalı benzinin idxalını dayandırıb

Azərbaycan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsalın bərpa edilməsindən sonra “Aİ-92” markalı benzinin idxalını dayandırıb.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, NEZ-də təmir müddəti ərzində ölkəyə təqribən 30 min ton benzin idxal edilmişdi.

R.Abdullayev qeyd edib ki, hökumətin “Aİ-92” benzinin idxalına tətbiq etdiyi gömrük rüsumlarına baxmayaraq, SOCAR bir neçə milyon dollaradək zərər görüb, çünki idxal olunan benzinin qiyməti onun daxili bazardakı dəyərindən iki dəfə çoxdur.

S.B.

0
12