SOCAR-ın prezidenti: Neft sənayesində kifayət qədər yerli kadr çalışır

SOCAR-ın prezidenti: Neft sənayesində kifayət qədər yerli kadr çalışır

“BP-yə təşəkkür edirəm ki, “Şahdəniz” layihəsi çərçivəsində elan edilən bütün tenderlərdə əsas üstünlüyü yerli şirkətlərə verir. Sevindirici haldır ki, bu rəqəm təxminən 97% civarındadır”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu bu gün Bakı Ali Neft Məktəbində (BANM) keçirilən tədbirdə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, bu gün neft sənayesində çalışmaq üçün yerli kadrlar kifayət qədərdir:

“Mən xatırlayıram, əvvəllər biz işlərin 90-95%-ni xarici mütəxəssislərin köməyi ilə görürdük. Amma indi 20-25 milyard dollarlıq “Şahdəniz” layihəsində işlərin əsas hissəsini yerli mütəxəssislər yerinə yetirir”.

U.A

0
9