Space TV-də əməkdar artistə qadağa qoyuldu

Space TV-də əməkdar artistə qadağa qoyuldu

“Qeyri-peşəkar işçisi mənə dedi ki...”.

Space TV əməkdar artist Abbas Bağırova qadağa qoyub.

Oxu.Az xəbər verir ki, bu barədə müğənninin özü sosial şəbəkədə məlumat yayıb.

“Bu gün saat 09:30-da canlı yayımda olmalı idim. Düz 5 dəqiqə gecikdim. Space TV-nin qeyri-peşəkar işçisi mənə dedi ki, siz gecikmisiniz, mənə tapşırılıb və sizi verilişə buraxmıram.

Bunu mənə Space TV-nin qapısında dayanan insan dedi. Lap yaxşı, bundan sonra mən Space TV-yə çıxmayacam. Bu mənim qərarımdır. Onu da deyim ki, mən bu günə kimi heç bir televiziya verilişinə gecikməmişəm”,-deyə müğənni bildirib.

0
25