Ötən ay bəzi ərzaq məhsullarının qiyməti artıb – SİYAHI

Ötən ay bəzi ərzaq məhsullarının qiyməti artıb – SİYAHI

Ölkədə inflyasiya ikirəqəmli həddə çatıb.2016-cı ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,8%, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,9% artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.

2016-cı ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,6%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,4% artıb.

Ay ərzində düyünün, unun, çörəyin, qarabaşaq, yulaf və arpa yarmasının, mal, qoyun və toyuq ətinin, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, kələmin, kökün, göy lobyanın, çuğundurun, sarımsağın, göyərtinin, tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə edilib.

Balıq məhsullarının, almanın, armudun, bananın, gavalının, şaftalının, üzümün, pomidorun, xiyarın, badımcanın, bibərin, soğanın, kartofun qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Ülviyyə R. Əli

0
8