(R) “Yapı Kredi Bank Azərbaycan” UEFA Avropa liqasının rəsmi bankı oldu

(R) “Yapı Kredi Bank Azərbaycan” UEFA Avropa liqasının rəsmi bankı oldu

"Yapı Kredi Bank Azərbaycan" 2016-2017-ci il mövsümü üçün Azərbaycanda UEFA Avropa Liqasının Rəsmi Bankı seçildi.

Hər zaman ilklərə imza atmağı hədəfləyən Yapı Kredi Bank Azərbaycan bir ilki daha Azərbaycan Bankçılıq Sektoruna təqdim edərək dünyanın ən böyük futbol tədbirlərindən biri olan UEFA Avropa Liqasının Azərbaycandakı Rəsmi Bankı seçildi.

Yapı Kredi Bank Azərbaycanın UEFA Avropa Liqasının rəsmi bankı seçilməsi mövzusunda bankın İdarə Heyətinin Sədri Cenk Yüksel “Futbol sadəcə bir idman növü deyil, eyni zamanda dostluq, səmimiyyət və birlik göstəricisidir. Yapı Kredi Bank Azərbaycan olaraq UEFA Avropa Liqasının Azərbaycanda Rəsmi Bankı seçilməyimiz qürürvericidir. Bu mövsümdə Azərbaycandan da iki klubumuz UEFA Avropa Liqasında çıxış edəcəklər. Fürsətdən istifadə edib, klublarımıza uğurlar arzu edirəm. Ümid edirəm ki, liqada iştirak edən bütün klublar fair play çərçivəsində bizlərə zövq alacağımız oyun izlədəcəklər”  şəklində açıqlama verdi

Qeyd edilən müddət ərzində Yapı Kredi Bank Azərbaycan müştərilərinin diqqətini futbola yönləndirmək və Azərbaycan klublarına dəstək vermək məqsədilə müxtəlif hədiyyələr təqdim edəcək, müsabiqələr keçirəcəkdir.

Yapı Kredi-nin ana səhmdarı UniCredit UEFA Çempionlar liqasını və UEFA Avropa liqasını uzun illərdir ki dəstəkləyir. UniCreditin bu sonsorluq haqqlarını Azərbaycanda Yapı Kredi Bank Azərbaycan markası istifadə edir.

0
9