Almaniya Türkiyədəki bütün nümayəndəklərini bağladı- TERROR TƏHLÜKƏSİ

Almaniya Türkiyədəki bütün nümayəndəklərini bağladı- TERROR TƏHLÜKƏSİ

Almaniyanın Türkiyədəki bütün diplomatik nümayəndəlikləri fəaliyyətini dayandırıb. Lent.az xəbər verir ki, bu barədə almanların məşhur “Bild” qəzeti məlumat yayıb. Bildirilib ki, terror təhlükəsi nəzərə alınaraq Ankaradakı səfirlik və digər şəhərlərdəki konsulluqlar işini müvəqqəti dayandırıb.

Bu arada Almaniyanın Türkiyədəki səfirliyi tvitter vasitəsi ilə məlumat yayaraq məhdud çərçivədə xidmət göstərəcəklərini bəyan edib.

Qeyd edək ki, son vaxtlarda Türkiyədə baş verən bəzi terror aktlarında əcnəbilər hədəfə alınmışdı.

0
18