BVF: Azərbaycanda problemli banklara yardım edilməlidir

BVF: Azərbaycanda problemli banklara yardım edilməlidir

Beynəlxalq Valyuta Fondu qeyri-səmərəli bankların bağlanmasını müsbət proses adlandırıb.Azərbaycanın bank sistemi dərindən monitorinq olunmalıdır.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə açıqladığı proqnozda deyilir.

Fondun rəhbərliyi hesab edir ki, qeyri-səmərəli bankların bağlanması müsbət haldır və maliyyə sektorunun dayanıqlılığına dəstək olmaq üçün atılan addımlar davam etdirilməlidir.

BVF rəsmiləri tənzimləyiciləri böyük bankın özəlləşdirilməsi məqsədilə restrukturizasiya prosesini davam etdirməyə, bank sisteminin digər iştirakçılarının da problemlərini həll etməyə çağırıb.

U.A

0
6