Büdcəyə gömrük daxilolmaları ikiqat artdı

Büdcəyə gömrük daxilolmaları ikiqat artdı

Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 244 milyon 89 min manat təşkil edib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 127 milyon 81 min manat və ya 2,08 dəfə çoxdur.

Bu barədə Oxu.Az komitənin açıqladığı hesabata istinadən xəbər verir.

İyul ayı ilə müqayisədə 57 milyon 298 min manat və ya 30,67% artıqdır.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 62 milyon 64 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 159 milyon 155 min manat, aksizlər üzrə 8 milyon 910 min manat, yol vergisi üzrə isə 13 milyon 960 min manat təşkil edib.

Ülviyyə R. Əli

0
18