PAŞA Sığorta - 10 İl Sizinlə – FOTO + VİDEO

PAŞA Sığorta - 10 İl Sizinlə – FOTO + VİDEO

Şirkət 305 280 nəfər müştəriyə xidmət göstərib.

Azərbaycanın lider sığorta şirkəti olan “PAŞA Sığorta” bu il 10 illik yubileyini qeyd edir.

Şirkət bu müddət ərzində ciddi bir inkişaf yolu keçmiş və ölkənin sığorta sektorunda öz layiqli yerini tutmuşdur. Şirkət yalnız Bakı şəhərində deyil, eyni zamanda respublikanın regionlarını əhatə etməklə geniş nümayəndəlik şəbəkəsinə malikdir.

10 illik fəaliyyət müddəti ərzində şirkət müştərilərinə 115 890 100 manat məbləğində ödəniş həyata keçirərək, ümumilikdə 305 280 nəfər müştəriyə xidmət göstərmişdir. Qeyd olunan göstəricilər şirkətə qarşı olan müştəri inamının günbəgün daha da artmasının əyani sübutudur.

Şirkətin əsas hədəfi müştərilərinin rahatlığını təmin etmək və maksimal müştəri məmnuniyyətinə nail olmaqdır. Belə ki, şirkət 10 il ərzində 5300 nəfər müştərisinin qəza zamanı yanında olmuşdur.

Həmçinin, şirkət tərəfindən sürücülərin maarifləndirilməsi işinə də böyük diqqət göstərilir. 2014-cü ildə “PAŞA Sığorta” şirkəti tərəfindən həyata keçirilən “Nümunəvi Sürücü” adlı layihənin nəticəsi olaraq  şirkət “AMCHAM CSR 2014 Excellence Award” müsabiqəsinin “İctimaiyyətin Maarifləndirilməsi” nominasiyası üzrə qalib elan olunmuşdur.

“PAŞA Sığorta” yalnız maliyyə sahəsindəki uğurları ilə deyil, həmçinin cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan sosial layihələri ilə də gündəmdədir. Şirkətin “Sığortaçı Akademiyası” layihəsi sosial xarakter daşıyır, təlimlər tam ödənişsiz şəkildə həyata keçirilir və əsas məqsəd ölkədə sığorta maarifləndirməsini artırmaqdan ibarətdir. Şirkət tərəfindən layihənin gələcəkdə də uğurla davam etdirilməsi planlaşdırılır.

Ölkənin inkişafında idmanın əhəmiyyətini dərindən dərk edən  “PAŞA Sığorta” şirkəti Azərbaycanda keçirilən idman tədbirlərini daimi olaraq dəstəkləməsi ilə seçilir. Şirkət 2011-ci ildən etibarən AFFA-nın rəsmi sponsorudur, həmçinin Azərbaycan Gimnastika Federasiyası tərəfindən keçirilən yerli və beynəlxalq yarışlara mütəmadi olaraq sponsorluq edir.

“PAŞA Sığorta” şirkəti tibbi sığorta müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayaraq fəaliyyət müddəti  ərzində 1 855 000 nəfər müştəriyə tibbi yardım xidməti göstərmişdir.

“PAŞA Sığorta” şirkətinin biznes dəyərlərinin əsasında milli bazarın xüsusiyyətlərini nəzərə alan  Qərb təcrübəsi durur. Şirkət “GlobalCompact”, “İMİA”, “AMCHAM” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlarda üzv qismində təmsil olunur.

“PAŞA Sığorta” 10 il ərzində qazanılmış uğurlarda payı olan hər bir şəxsə təşəkkür edir və bildirir ki, bundan sonra da ölkəmizin inkişafına xidmət göstərməyə davam edəcəkdir.

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir.

“PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.

Ətraflı məlumat: http://pasha-insurance.az/.

0
35