Roza Zərgərli "Qəbələ"yə belə dəstək oldu - VİDEO

Roza Zərgərli "Qəbələ"yə belə dəstək oldu - VİDEO

Müğənni Roza Zərgərli “Qəbələ”  futbol klubunun himnini oxuyub. Lent.az-ın məlumatına görə, söz və musiqisi Gülnar Sultanovaya, aranjimanı Elvin Musayevə məxsus bəstə “Haydi Qəbələ” adlanır: “Bu mahnını “Qəbələ” klubuna dəstək olmaq üçün ifa etdim. Onlar bu gün “Anderlext” kimi çətin  rəqiblə qarşılaşacaqlar. Bu oyunda da “Qəbələ” klubuna uğurlar arzu edirəm. Onu da əlavə edim ki, bu himinin ideya müəllifi prodüserim Anar Əliyevdir”.

Qeyd edək ki, "Konstant Vanden Stok" stadionunda keçiriləcək “Anderlext” – “Qəbələ” görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0
10