Azərbaycan-Norveç oyununa biletlərin qiyməti məlum oldu

Azərbaycan-Norveç oyununa biletlərin qiyməti məlum oldu

Futbol üzrə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Norveç oyununun biletləri satışa çıxarılıb.

Oxu.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, biletlər iki kateqoriyaya bölünüb.

Oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş üçün biletlərin qiymətləri birinci kateqoriya üzrə 1 manat, ikinci kateqoriya üzrə 2 manat təşkil edir. VİP-dən oyunu izləmək istəyənlər isə 10 manatlarından keçməli olacaqlar.

Biletləri “28 Mall” Ticarət Mərkəzində, “Bakcell” Müştəri Xidmətləri mərkəzində, Bakı Olimpiya Stadionunun və “Bakcell Arena”nın kassalarında əldə etmək mümkündür. Həmçinin biletlərin onlayn satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

S.B.

0
94