Çempionlar Liqası: “Real”dan əzmkar qələbə, “Borussiya”dan darmadağın

Çempionlar Liqası: “Real”dan əzmkar qələbə, “Borussiya”dan darmadağın

Futbol üzrə Çempionlar Liqasında 2016/2017 mövsümünün qrup mərhələsinin ilk turunun növbəti görüşləri keçirilib.

Oxu.Az xəbər verir ki, “E”, “F”, “G” və “H” qruplarında çıxış edən komandalar qitənin ən nüfuzlu klub turnirində sınağa başlayıblar.

“F” qrupunda azarkeşlər maraqlı mübarizənin şahidi olublar.

Madridin “Real” klubu öz meydanında Portuqaliyanın “Sportinq” komandasına son dəqiqələrdə 0:1 hesabı ilə uduzmağına baxmayaraq, Ronaldo və Moratanın qolları sayəsində ilə qələbə qazana bilib.

Bu qrupun digər qarşılaşmasında isə Dortmundun “Borussiya”sı Varşavada “Legiya”nın qapısından 6 cavabsız top keçirib.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

14 sentyabr

C qrupu

“Mançester Siti” (İngiltərə) – “Borussiya” M. (Almaniya) - 4:0

E qrupu

“Tottenhem” (İngiltərə) – “Monako” (Fransa) - 1:2

“Bayer” (Almaniya) – MOİK (Moskva) - 2:2

F qrupu

“Real” (İspaniya) – “Sportinq” (Portuqaliya) - 2:1

“Legiya” (Polşa) – “Borussiya” D. (Almaniya) - 0:6

G qrpupu

“Brügge” (Belçika) – “Lester” (İngiltərə) - 0:3

“Porto” (Portuqaliya) – “Kopenhagen” (Danimarka) - 1:1

H qrupu

“Yuventus” (İtaliya) – “Sevilya” (İspaniya) - 0:0

“Lion” (Fransa) – “Dinamo” Z. (Xorvatiya) - 3:0

S.B.

0
9