Ərdoğan Bakıya gəlir

Ərdoğan Bakıya gəlir

Türkiyə prezidentinin səfəri 2 gün davam edəcək.

Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan Bakıya ikigünlük səfər edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Ərdoğanın səfəri 25-27 aprel tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə əlaqədardır.

Qeyd edək ki, Forum “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək.

0
14