Rio-2016: Azərbaycan medalların sayını 9-a çatdırdı

Rio-2016: Azərbaycan medalların sayını 9-a çatdırdı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında Azərbaycan üzgüçüsü Roman Saley gümüş medal qazanıb.

Oxu.Az-ın məlumatına görə, arxası üstə üzmə üsul ilə yarışların finalında Roman Saley 100 metr məsafəni 1:00,91 saniyəyə qət edib.

Qeyd edək ki, bundan əvvəl R.Saley üzgüçülüyün batterflay növündə 100 metr məsafəyə üzmə yarışlarında 4-cü nəticə göstərib. Ötən gün isə Romanın qardaşı Dmitri Saley 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan Paralimpiya Oyunlarında medalların sayını 9-a çatdırıb.

S.B.

0
5