“Qarabağ” və “Qəbələ” Avropa Liqasında mübarizəyə başlayır

“Qarabağ” və “Qəbələ” Avropa Liqasında mübarizəyə başlayır

Bu gün, sentyabrın 15-də futbol üzrə Avropa Liqasının qrup mərhələsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” və “Qəbələ” klubları ilk oyunlarına çıxacaq.

Ağdam təmsilçisi “Dalğa Arena”da Çexiyanın “Slovan” klubunu qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Roman Qriqorçukun yetirmələri isə ilk matçını səfərdə keçirəcək. “Qırmızı-qaralar” Belçikanın “Anderlext” klubuna qonaq olacaqlar. Brüsselin “Konstant Vanden Stok” stadionunda keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

S.B.

0
6