Pakistanda iki qatar toqquşdu: 4 ölü, 150 yaralı

Pakistanda iki qatar toqquşdu: 4 ölü, 150 yaralı

Pakistanın Pəncab əyalətində iki qatarın toqquşması nəticəsində 4 nəfər ölüb, 150 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Multan şəhərində qeyd alınıb.

Məlumata əsasən, Pişəvar- Kəraçi marşrutu ilə hərəkət edən sərnişin qatarı yük qatarı ilə toqquşub. Nəticədə sərnişin qatarının dörd vaqonu relsdən çıxaraq aşıb. Yaralılar xəstəxanalara göndərilib. Qəzanın səbəbləri araşdırılır.

0
7