Rio-2016: Üzgüçümüz gümüş medal qazandı

Rio-2016: Üzgüçümüz gümüş medal qazandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında Azərbaycan üzgüçüsü Roman Saley gümüş medal qazanıb

APA-nın məlumatına görə, arxası üstə üzmə üsul ilə yarışların finalında Roman Saley 100 metr məsafəni 1:00,91 saniyəyə qət edib.

Qeyd edək ki, bundan əvvəl R.Saley üzgüçülüyün batterflay növündə 100 metr məsafəyə üzmə yarışlarında 4-cü nəticə göstərmişdi.

Beləliklə, Azərbaycan Paralimpiya Oyunlarında medalların sayını 9-a çatdırıb.

0
7