Ziya Bünyadov prospektində 12 avtomobil toqquşub

Ziya Bünyadov prospektində 12 avtomobil toqquşub

Axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, yeraltı yol ötürücüsündə 12 avtomobil toqquşub.

İlkin məlumata görə, qəzaya “MAN” markalı yük maşınını idarə edən Xaliq İbrahimovun sükan arxasında yuxulaması səbəb olub.

Qəza zamanı yük maşını sürət həddini aşıb. Nəticədə “MAN”la yanaşı, 3 “Mercedes”, həmçinin “Nissan”, “Lexus”, “Priora2, BMW və 4 digər avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb. Qəza nəticəsində tuneldə təqribən 1 saatdan çox sıxlıq yaranıb.

E.Ə.

0
8