Hindistanda avtomobil dərəyə aşıb: 6 ölü, 11 yaralı

Hindistanda avtomobil dərəyə aşıb: 6 ölü, 11 yaralı

Hindistanın şimalında Uttarakxand ştatında avtomobilin dərəyə aşması nəticəsində ən azı 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə hadisəni araşdıran ştat polisi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qəza çərşənbə günü Almora şəhəri yaxınlığında qeydə alınıb. Sürücü mobil telefonla danışıb və yolun çətin hissəsində avtomobilə nəzarəti itirib. Nəticədə maşın 300 metr hündürlükdən dərəyə düşüb.

E.Ə.

www.oxu.az

0
4