“Diriliş Ertuğrul” başlayır - tarix açıqlandı

“Diriliş Ertuğrul” başlayır -  tarix açıqlandı

“TRT 1”də yayımlanan “Diriliş Ertuğrul” serialının 3-cü mövsümü 28 sentyabrda start götürəcək.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın yeni mövsümündə tarixi hadisələr Bizans imperiyası sərhəddində cərəyan edəcək.

Engin Altan Düzyatanın canlandırdığı “Ertuğrul” obasını monqol bəlasından xilas etdikdən sonra, indi də bizanslılarla mübarizəyə başlayacaq və daimi yaşayış məskəni qurmağa çalışacaq.

Daha öncəki iki mövsümdə hər seriyası rekord qıran serialın yeni mövsümə də iddialı başlayacağı bildirilir.

Qeyd edək ki, "Diriliş Ertuğrul" Osmanlı imperiyasının quruluş ərəfəsində baş verən hadisələri əhatə edir.

0
8