Bakıda qəza: Ölənlər var

Bakıda qəza: Ölənlər var

Paytaxtda baş verən yol qəzasında iki piyada ölüb.

Oxu.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu rayonunun Məhəmmədi kəndində kənd sakini Anar Səfərov idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən həmkəndliləri Arzuman Salmanovu, Elbrus Zahidovu və Elçin Əliyevi vurub.

Nəticədə, A.Salmanov və E.Əliyev hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

E.Ə.

0
9