Bakıda 1000 manatdan yuxarı əməkhaqqı alan müəllimlərin sayı açıqlandı

Bakıda 1000 manatdan yuxarı əməkhaqqı alan müəllimlərin sayı açıqlandı

Son illər Bakı şəhər məktəblərində çalışan müəllimlərin əmək haqları 11% artıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Bakı şəhər təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O bildirib ki, paytaxt məktəblərində 13 029 müəllim 500-1000 manat, 631 müəllim 1000 manatdan yuxarı əməkhaqqı alır.

İdarə müdiri qeyd edib ki, 2016-cı tədris ilində 22 nəfər ümumi təhsil müəssisəsinə məktəb direktoru təyin edilib. Onun sözlərinə görə, son 3 ildə Bakı məktəblərinə 69 nəfər yeni direktor, 141 nəfər yeni direktor müavini təyin olunub.

M. Vəliyeva əlavə edib ki, yeni tədris ilində paytaxtda 354573 nəfər şagirdin təlim-tərbiyəsi ilə 28285 nəfər müəllim məşğul olacaq.

E.Ə.

0
7