Aşağı siniflərdə buraxılış imtahanları keçirilə bilər

Aşağı siniflərdə buraxılış imtahanları keçirilə bilər

“Azərbaycanda buraxılış imtahanları yalnız X və XI siniflərdə keçirilir. Daha erkən siniflərdə qiymətləndirmənin keçirilməsi şagirdlərin zəruri fənlər üzrə nəticələrini yaxşılaşdırmağa imkan verəcək”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, bu il Təhsil Nazirliyində şagirdlərin biliklərinin qiymətləndirilməsinin daha erkən siniflərdə keçirilməsi məsələsi müzakirə edilib:

“Təhsil Nazirliyi tərəfindən Təhsil Problemləri İnstitutu qarşısında bu məsələ ilə bağlı vəzifə qoyulub. Hazırda beynəlxalq təcrübə araşdırılır. Digər tərəfdən ötən tədris ilinin sonunda Dövlət İmtahan Mərkəzi ilə işçi səviyyədə müzakirələr aparılıb.

Müzakirələrdə bu qənaətə gəlinib ki, belə bir qiymətləndirmənin aparılması imkanları mövcuddur. Amma biz yeni tədris ili üçün bu qərarı vermirik. Belə həlledici qərarlar verilməmişdən öncə ekspertlər tərəfindən araşdırmalar aparılmalı, beynəlxalq təcrübənin öyrənilməsi başa çatdırılmalıdır”, - deyə o vurğulayıb.

E.Ə.

0
11