Rusiya-Türkiyə birgə investisiya fondu yaradılır

Rusiya-Türkiyə birgə investisiya fondu yaradılır

Rusiya və Türkiyə ümumi aktivləri 1 milyard ABŞ dolları olacaq birgə investisiya fondu yaradır. Rusiya-Türkiyə birgə investisiya fondu 2017-ci ildə işə başlaya bilər. Yeni fond kənd təsərrüfatı, səhiyyə, turizm, infrastruktur da daxil olmaqla aparıcı sahələrdə birgə layihələrin kreditləşməsi ilə məşğul olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “İzvestiya”ya Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun (RBİF) baş direktoru Kiril Dmitriyev bildirib.

Yeni fond 2017-ci ildə işə başlaya bilər. Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun (RBİF) baş direktoru Kiril Dmitriyev məlumat verib.

O, qeyd edib ki, hazırda RBİF Türkiyədəki tərəfdaşları ilə fəal əməkdaşlıq edir. RBİF Rusiyada layihələrin reallaşdırılması üçün Türkiyənin "Rönesans Holding" şirkəti ilə saziş imzalayıb.

RBİF rəhbəri vurğulayıb ki, yeni fondun yaradılması Rusiya-Türkiyə investisiya layihələrini sistemli şəkildə maliyyələşdirməyə imkan verəcək.

N.O.

0
5