Banklar daşınar əmlakın yüklülüyü reyestrindən istifadə edəcəklər

Banklar daşınar əmlakın yüklülüyü reyestrindən istifadə edəcəklər

2018-ci ildən etibarən Azərbaycan bankları daşınar əmlakın yüklülüyü reyestrindən istifadə edə biləcək.

Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu həmin məsələyə həsr olunmuş konfransda Dünya Bankının təminatlı əqdlər üzrə mütəxəssisi Murad Sultanov deyib.

Onun sözlərinə görə, müvafiq qanun layihəsi artıq hazırlanıb və baxılması üçün hökumətə göndərilib.

M.Sultanov qeyd edib ki, qanun layihəsi qəbul edildikdən sonra daşınar əmlakın yüklülüyü reyestrinin elektron platforması üzərində işə başlanacaq.

U.A

0
7