Mikayıl Cabbarovdan tədris ilinin başlanması ilə bağlı açıqlama

Mikayıl Cabbarovdan tədris ilinin başlanması ilə bağlı açıqlama

“Yeni 2016-2017-ci tədris ilinə nikbin baxırıq. Sentyabrın 15-dən ölkədə yeni 29 məktəb istifadəyə veriləcək”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bu məktəblərin 7-si Təhsil Nazirliyi tərəfindən tikilib, 384 məktəbdə cari təmir işləri, 101 məktəbdə isə əsaslı təmir işləri yekunlaşıb:

“Yeni tədris ilindən Fransız-Azərbaycan Universiteti də fəaliyyətə başlayacaq. 2500-ə yaxın yeni gənc müəllim ölkənin müxtəlif məktəblərində fəaliyyətə başlayacaq. Regionlardakı 200-dən çox məktəbə yeni direktorlar təyin edilib. Onlarla Bakı məktəblərinə yeni direktorlar təyin olunub”.

O, həmçinin əlavə edib ki, son 3 ildə buraxılış və qəbul imtahanlarının nəticələrinin ildən-ilə daha da yüksəlməsi, tədrisin keyfiyyəinin artması müşahidə olunur:

“Bundan başqa, ölkəmizin təhsil sisteminin maddi-texniki bazası gücləndirilir və bu, indi ənənə halı alıb”.

E.Ə.

www.oxu.az

0
16