Türk ordusu daha bir qrup terrorçunu məhv edib

Türk ordusu daha bir qrup terrorçunu məhv edib

Türkiyənin Hakkari vilayətinin Çukurca dağlı ərazisində PKK terror təşkilatına qarşı növbəti antiterror əməliyyatı keçirilib. Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, mağara içində gizlənən terrorçular haqda kəşfiyyat məlumatı əldə edildikdən sonra əraziyə tank və zirehli maşınlardan atəş açılıb. Bombardman zamanı 7 PKK üzvü öldürülüb. Məlumata görə, bu regionda məhv edilən PKK terrorçularının sayı 195 nəfərə çatıb. A.M.

0
4