“Neftçi”nin yeni baş məşqçisi məlum oldu

“Neftçi”nin yeni baş məşqçisi məlum oldu

“Neftçi”nin yeni baş məşqçisinin kim olacağı müəyyənləşib.

Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, paytaxt klubunu mövsümün sonuna kimi Elxan Abdullayev çalışdıracaq.

O, bu gün istefaya göndərilən Vəli Qasımovun boşaltdığı postu dolduracaq.

Sözügedən mütəxəssis Azərbaycan yığmasında baş məşqçi Robert Prosineçkinin köməkçisidir. Ehtimal olunur ki, o, eyni zamanda millidəki işini də davam etdirəcək.

0
4