SOCAR-a məxsus karbamid zavodunda son vəziyyət

SOCAR-a məxsus karbamid zavodunda son vəziyyət

Zavodun tikinti dəyəri azalıb.“Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavodunun tikintisi üzrə işlərin 40%-dən çox hissəsi tamamlanıb”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə zavodun direktoru Xəyal Cəfərov məlumat verib.

“Layihə üzrə həm əsaslı, həm də detallı mühəndislik işləri tamamlanıb. Avadanlıqların 96%-dən çox hissəsi artıq ölkədədir. Avadanlıqlar Amerika, Avropa və Asiyadan nüfuzlu şirkətlərindən alınıb.

“Tikinti işləri 2017-ci ilin sonuna tamamlanacaq və sınaq testlərinə başlanacaq. 2018-ci ildə zavod SOCAR-a təhvil veriləcək”, - deyə X.Cəfərov bildirib.

Öz növbəsində, zavodun direktoru Trend-ə deyib ki, karbamid zavodunun tikinti dəyəri azalıb:

“SOCAR-ın Sumqayıtdakı karbamid zavodunun tikinti layihəsinin dəyərini xərclərin optimallaşdırılması hesabına 700-750 milyon avroyadək azaltmaq mümkün olub. Daha əvvəl zavodun dəyəri 900-920 milyon avro qiymətləndirilirdi”.

Onun sözlərinə görə, hazırda vergilər də daxil olmaqla zavodun tikinti dəyəri 700-750 milyon avro qiymətləndirilir: “Bu, zavodda istehsala başlamaq üçün zəruri olan investisiya məbləğidir”.

Qeyd edək ki, karbamid zavodunun inşası layihəsi dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir.

Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid istehsal edəcək.

U.A

0
5