Xatirə: "Kiməsə əsəbiləşib, gəlib evdə oğluma qışqırmışam"

Xatirə: "Kiməsə əsəbiləşib, gəlib evdə oğluma qışqırmışam"

Müğənni Xatirə İslam övladından danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı “Ondan sonra” verilişində bildirib ki, haqsız yerə oğlunu tənbeh etdiyi vaxtlar olur: “Bəzən çöldə kiməsə əsəbiləşib, gəlib evdə oğluma hirslənmişəm, üstünə qışqırmışam. Hirsimi uşağın üstünə tökəndən sonra demişəm ki, “bu mənə lazım idi?” Günlərin bir günü baldızım mənə dedi ki, sən uşağını səhv tərbiyə edirsən. Uşağın uşaq dünyası var. Qoy, uşağın dünyanı dağıtsın. Heç nə olmaz. Uşağ 5 yaşına qədər şah kimi yaşamalıdır. Baldızımın sözlərindən sonra oğlumu başqa cür tərbiyə etməyə başladım”.

Qeyd edək ki, X.İslam Fəxrəddin adlı bəylə evlidir. Həmin evlilikdən bir oğlu var.

0
8