Şöbə müdiri: İcbari tibbi sığortanın baza paketi hazırlanıb

Şöbə müdiri: İcbari tibbi sığortanın baza paketi hazırlanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri İsa Əliyev icbari tibbi sığortanın keçiriləcəyi pilot regionlar kim Mingəçevir və Yevlax şəhərlərinin seçilməsinə aydınlıq gətirib.

Oxu.Az AzTV-yə istinadən xəbər verir ki, İ.Əliyev deyib ki, adıçəkilən ərazilərin tibbi infrastrukturu bu şəhərlərin seçilməsində başlıca amil olub:

“Birincisi, Mingəçevir və Yevlax şəhərlərinin tibbi infrastrukturu inkişaf edib. Ərazidə xəstəxanlar təmir olunur və yeni tikilmiş xəstəxanalar da var. İkincisi, tibbi personalı ilə həmin ərazilər nisbətən daha yaxşı təchiz edilib. Xüsusən də Mingəçevir şəhəri.

Üçüncüsü, həmin ərazilərə dövlət büdcəsindən ayrılan vəsait orta rayonlar üzrə ayrılan dövlət büdcəsinə uyğun gəlir. Dördüncüsü, əhalinin demoqrafik göstəricilərinin sayı bizim pilot layihəni həyata keçirilməsinə təxminən uyğundur”.

Agentliyin şöbə müdiri Vüqar Qurbanov isə əlavə edib ki, icbari tibbi sığortanın baza paketi hazırlanıb.

Qeyd edək ki, bir müddət əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev icbari tibbi sığortanın keçiriləcəyi pilot regionların Mingəçevir və Yevlax olduğunu bəyan etmişdi.

Ülviyyə R. Əli

0
11