“Nar”ın dəstəklədiyi “Brain Ring” intellektual yarışlarının səkkizinci mövsümü başlayıb

“Nar”ın dəstəklədiyi “Brain Ring” intellektual yarışlarının səkkizinci mövsümü başlayıb

“Nar” kuboku uğrunda gərgin mübarizə başladı.Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar” intellektual bilik yarışlarını dəstəkləməyə davam edir.

Artıq bir neçə ildir ki, “Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürmüş mobil operator bu il də məşhur bilik yarışlarının baş sponsoru olub.

Sentyabr ayının 11-də “Brain Ring” intellektual bilik yarışlarının növbəti – səkkizinci mövsümü start götürüb. “Nar” operatorunun ənənəvi olaraq dəstək verdiyi yarışların səkkizinci mövsümü 16 hissədən ibarət olacaq.

Bu dəfə “Brain Ring” bilik yarışlarında respublikanın 16 bölgəsi və 8 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 21:30-da AzTV vasitəsilə yayımlanacaq.

Yarışlarda qalib gəlmiş komanda xüsusi dizayn edilmiş “Nar” kuboku ilə təltif ediləcək. “Nar” kubokunun qalibi “Brain Ring 2016” Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edəcək.

Artıq ikinci “Brain Ring” mövsümüdür ki, televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və “Nar” onlayn müsabiqə keçirirlər.

Belə ki, verilişin yayımı zamanı “Nar”ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. Beləliklə, “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar” operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər.

U.A

0
8